08:02 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Rus əsgəri sərgidə nümayiş olunan Rusiyanın S-400 zenit-raket kompleksinin önündə

"Türkiyə Rusiyanın digər silahları ilə də maraqlanır"

© AFP 2019 / KIRILL KUDRYAVTSEV
RUSİYA
Qısa URL
69 0 0

Aleksandr Mixeyev: "Xüsusilə inkişaf etmiş təyyarə və helikopter sistemləri, zirehli maşın hissələri və təmin edilən silahların satış sonrası xidmətləri kimi sahələrdə Türkiyə ilə ortaq layihələrimiz var"

BAKI, 29 aprel — Sputnik. "Türkiyə "S-400" anlaşmasından sonra Rusiyanın digər silahları ilə də maraqlanır". Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, bunu Rusiyanın "Rosoboroneksport" dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev deyib.

O bildirib ki, Rusiya ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq sürətlə irəliləyir: "Rəqiblərimizin əlaqələrimizə müdaxilə cəhdlərini isə uğurla dəf edirik".

A.Mixeyev diqqətə çatdırıb ki, xüsusilə inkişaf etmiş təyyarə və helikopter sistemləri, zirehli maşın hissələri və təmin edilən silahların satış sonrası xidmətləri kimi sahələrdə Türkiyə ilə ortaq layihələr var. 

Qeyd edək ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.

Əlaqədar

“S-400” qalmalı və NATO – Türkiyə seçim qarşısında qoyulur
Kreml: Rusiya Türkiyəyə ikinci "S-400"ü satmağa hazırdır
Teqlər:
silah, Türkiyə, Rusiya, "S-400" raketləri

Əsas mövzular