Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya uzun illərdən sonra ilk dəfə mövqeyini itirdi - Yeni beşlik

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçid"S-400" zenit-raket kompleksi
S-400 zenit-raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il hərbiyə ayrılan ümumi xərclər 1988-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir

BAKI, 29 aprel — Sputnik. Dünyada ötən il hərbi məqsədlər üçün 1,8 trilyon dollar xərclənib ki, bu da 2017-ci illə müqayisədə 2,6% çoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilir.

Bu arada, Rusiya 2006-cı ildən bu yana ilk dəfə hərbiyə ən çox vəsait xərcləyən 5 ölkə siyahısında yer almayıb.

Araşdırmalara əsasən, hərbiyə ayrılan ümumi xərclər 1988-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. "2018-ci ildə dünyada hərbiyə çəkilən xərclər bu göstəricinin ən aşağı səviyyədə olduğu 1998-ci ildən 76% çoxdur" – deyə hesabatda qeyd olunur.

Спуск на воду атомной подводной лодки Белгород в Архангельской области  - Sputnik Azərbaycan
RUSİYA
Rusların "Qiyamət günü silahı" almanları qorxuya salıb

SIPRI-ın hesablamalarına görə, hərbi sahəyə ayrılan xərclər dünya ÜDM-nin 2,1%-ni təşkil edib ki, bu da hər bir insan üçün 239 dollar anlamına gəlir: "2018-ci ildə Rusiyanın hərbi xərcləri 61,4 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 3,5% çoxdur. Nəticədə Rusiya reytinqdə 6-cı pilləyədək geriləyib".

Hesabatda ilk pillələrdə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa qərarlaşıb. Bu ölkələrin xərcləri ümumi xərclərin 60%-ni təşkil edir. 2010-cu ildən bəri ilk dəfə ABŞ-ın göstəricisi 4,6% artaraq 649 milyard dollar olub.

"2018-ci ildə ABŞ-ın hərbi xərcləri özündən sonra gələn 8 ölkənin ümumi xərclərinə bərabərdir" - deyə hesabatda qeyd olunur.

Xəbər lenti
0