Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Kim Çen Inla görüşün yekunlarından danışdı

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidЛидер КНДР Ким Чен Ын и президент России Владимир Путин во время встречи в кампусе ДВФУ во Владивостоке
Лидер КНДР Ким Чен Ын и президент России Владимир Путин во время встречи в кампусе ДВФУ во Владивостоке - Sputnik Azərbaycan
Abunə olmaq
Liderlərin görüşü Uzaq Şərq Universitetinin Russkiy adasında olan kampusunda baş tutub

BAKI, 25 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla təkbətək görüşü olduqca məhsuldar olub. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Biz ölkələrimizin arasında olan əlaqələrin tarixindən, bu günündən və ikitərəfli əlaqələrin perspektivlərindən danışdıq", - deyə Putin vurğulayıb.

Bundan əlavə ölkə liderləri Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

Liderlərin görüşü Uzaq Şərq Universitetinin Russkiy adasında olan kampusunda baş tutub.

İki saat təkbətək baş tutan görüş daha sonra hər iki ölkədən olan nümayəndə heyətinin iştirakı ilə geniştərkibli formatda keçirilib.

Xəbər lenti
0