01:46 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Rusiyanın Baş Naziri Dmitri Medvedyev və Vladimir Putin

Putin və Medvedev Yerevana səfər edəcək

© Sputnik / Sergey Mamontov
RUSİYA
Qısa URL
55 0 0

Sonuncu dəfə Putin Yerevana 3 il əvvəl gedib

BAKI, 23 aprel — Sputnik. Rusiyanın Baş Naziri Dmitri Medvedyev gələn həftə Ermənistana səfər edəcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkin aprelin 23-də jurnalistlərə açıqlamasında bildirib.

Rusiya səfiri vurğulayıb ki, Medvedev Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının aprelin 29-da Yerevanda keçiriləcək iclasında iştirak edəcək.

Bu arada Ermənistan parlamenti sədrinin müavini, hakim "Mənim addımım" blokunun üzvü Alen Simonyan bildirib ki, bu ilin sonunda Rusiya prezidenti Vladimir Putin Yerevana səfər edəcək.

Qeyd edək ki, Vladimir Putin sonuncu dəfə 2016-cı ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədilə Yerevana səfər edib.

Əsas mövzular