12:22 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Moskva, arxiv şəkli

Moskva görüşünün bəzi detalları məlum olub

© AFP 2019 / YURI KADOBNOV
RUSİYA
Qısa URL
52 0 0

Putin və Kim Çen Inın müzakirə edəcəyi məsələlər açıqlandı

BAKI, 19 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın müzakirə edəcəyi məsələləri açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Peskov vurğulayıb ki, liderlər iki ölkə əlaqələrinin inkişaf etdirilməsi, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə danışacaqlar. Bundan əlavə, Putin və Kim Çen In regional problemləri müzakirə edəcəklər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və onun Şimali Koreyadan olan həmkarı Kim Çen In aprelin ikinci yarısında görüşəcəklər. Məlumatda qeyd olunur ki, Kim Çen In Rusiyaya səfərə gələcək. Görüşün digər təfərrüatları açıqlanmır.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, hələlik görüşün vaxtı və keçirilmə yerinə dair konkretlik yoxdur: "Mən təsdiqləyə bilərəm ki, görüş hazırlanır. Biz bu barədə çoxdan danışırıq. Lakin hələlik sizə konkret bir şey deyə bilmərəm".

Teqlər:
prezident, Kim Çen In, Vladimir Putin

Əsas mövzular