Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin bu gün azərbaycanlı milyarderlə görüşəcək

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент ПАО "Лукойл" Вагит Алекперов (справа) во время встречи
Президент РФ Владимир Путин и президент ПАО Лукойл Вагит Алекперов (справа) во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
"Şirkət həm daxili, həm də xarici bazarda olduqca əhəmiyyətli yer tutur və xarici bazarlara çıxmaq üçün aktiv şəkildə iş aparır"

BAKI, 16 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycan əsilli milyarder, "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O vurğulayıb ki, Vladimir Putinin bu gün Kremldə bir neçə görüş keçirməsi planlaşdırılıb: "Belə görüşlərdən biri də "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovla olacaq".

"Şirkət həm daxili, həm də xarici bazarda olduqca əhəmiyyətli yer tutur və xarici bazarlara çıxmaq üçün aktiv şəkildə iş aparır. Prezident ənənəvi olaraq Ələkbərovla görüşlər keçirir, bu da onlardan biridir" - deyə Peskov jurnalistlərə bildirib.

Xəbər lenti
0