Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kremldə kritik görüş başlayıb

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (справа) во время встречи
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (справа) во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə başçılarının ikitərəfli əməkdaşlıq və birgə reallaşdırılan layihələri müzakirə edəcəkləri gözlənilir

BAKI, 8 aprel — Sputnik. Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, görüş Ali səviyyədə Rusiya – Türkiyə Əməkdaşlıq Şurasının 8-ci iclası çərçivəsində baş tutur.

Gözlənilir ki, ölkə başçıları ikitərəfli əməkdaşlıq, birgə reallaşdırılan layihələri – "Türk Axını" qaz kəmərini, "Akkuyu" AES-nin tikintisini, həmçinin Türkiyə tərəfinə "S-400" zenit-raket komplekslərinin tədarükü məsələlərini müzakirə edəcəklər.

Bundan əlavə, Putin və Ərdoğanın Suriya problemini müzakirə edəcəyi də gözlənilir. Belə ki, Moskvaya səfəri öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə Türkiyənin Suriyada yeni hərbi əməliyyatını müzakirə etmək niyyətindədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiyanın dövlət başçısı Vladimir Putinlə - Sputnik Azərbaycan
Ərdoğandan yeni hərbi əməliyyat anonsu - Moskvada mühüm anlaşma gözlənilir

"Bizim sərhəddə əməliyyata hazırlığımız başa çatıb. Əməliyyat üçün hər şey hazırdır. İstənilən vaxt biz əməliyyata başlaya bilərik. Rusiyaya səfərim zamanı biz bu məsələni də digər məsələlər sırasında üz-üzə müzakirə edəcəyik" – deyə Ərdoğan Moskvaya səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Moskvada görüşəcəklər. Həmçinin, bu ölkələrdən olan iş adamları ilə görüş keçiriləcək.

Onun sözlərinə görə, danışıqlardan sonra liderlər Böyük Teatra gedəcəklər: "Liderlər orada mədəniyyət və turizm illərinin açılışı mərasiminə qatılacaqlar. Liderlər açılış mərasimində nitq söyləyəcəklər".

Xəbər lenti
0