Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Avstraliyanın sanksiya qərarının cavabsız qalmayacağını açıqlayıb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya XİN-in binası, arxiv şəkli
Rusiya XİN-in binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə Avstraliya Kerç boğazında Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik səbəbindən 7 rus vətəndaşına sanksiya tətbiq edib

BAKI, 21 mart - Sputnik. Rusiya Avstraliyanın rus vətəndaşlarına qarşı sanksiya qərarının cavabsız qalmayacağını açıqlayıb.

Sputnik Azərbaycan “Star”a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Avstraliyanın tətbiq etdiyi sanksiya qərarı ilə bağlı açıqlama verib. Nazirlik bunu cavabsız qoymayacaqlarını bildirib. Xatırladaq ki, bir müddət öncə Avstraliya Kerç boğazında Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik səbəbindən 7 rus vətəndaşına sanksiya tətbiq edib.

Paris şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Fransa ərəbləri sanksiya ilə hədələdi

Rusiya XİN bildirib: "ABŞ və Avropa İttifaqının dağıdıcı hərəkətlərini təkrarlayan Avstraliya ikili münasibətləri baltalamaya istiqamətlənən mövqe sərgiləyir. Rusiya dostyana olmayan bu addımı cavabsız qoymayacaq". 

Rusiya XİN-ə görə, 2018-ci il noyabrın 25-də Kerç boğazında baş verən gərginlik zamanı Moskvanın hərəkətləri tamamilə Rusiya Konstitusiyasına və beynəlxalq hüquqa uyğun olub.

Bundan sonra isə Avstraliya Kerç boğazında baş verən gərginlik səbəbindən 7 Rusiya vətəndaşına maliyyə sanskiyası və səyahət qadağası tətbiq edib.

Avropa Parlementinin binası, arxov şəkli - Sputnik Azərbaycan
Avropa Parlamenti Səudiyyə Ərəbistanına sanksiya qərarını qəbul etdi

Qeyd edək ki, ötən ilin noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb. Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Xəbər lenti
0