16:49 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Здание министерства иностранных дел РФ на Смоленской-Сенной площади в Москве

Rusiyadan azərbaycanlılara çağırış: Sizi Ermənistana buraxmırlarsa, bizə müraciət edin

© Sputnik / Natalya Seliverstova
RUSİYA
Qısa URL
9361 0 0

BAKI, 15 mart — Sputnik. Rəsmi Moskva hələ də Rusiya XİN-in erməni əsilli Rusiya vətəndaşları ilə bağlı bəyanatına cavab almayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bəyan edib.

"Məsləhətləşmələrə gəldikdə, Rusiya tərəfi dəfələrlə Azərbaycandan olan həmkarlarına yaranmış vəziyyətlə bağlı narahatlığını çatdırıb. Çox təəssüflər olsun ki, cavab hələ alınmayıb" - deyə Zaxarova bildirib.

Rusiya XİN-in rəsmisinin sözlərinə görə, Bakıdan məsələ ilə bağlı rəsmi cavab gəlməsə də, qeyri-rəsmi reaksiyalar var: "Azərbaycanla bağlılığı olan Rusiya vətəndaşlarının da guya belə bir analoji problemlərinin olmasına dair şərhləri və müsahibələri görmüşəm. Mən şəxsən məşhur olan insanlardan birinin məsələ ilə bağlı müsahibəsini görmüşəm və çox təəccüblənmişəm. Yeri gəlmişkən, həmin müsahibədə Rusiya XİN-in məsələ ilə maraqlanmadığına dair irad var idi. Bizdə bu barədə məlumat yoxdur. Əgər belə bir fakt varsa, xahiş edirəm bizi bu barədə məlumatlandırın. Biz region və ya ölkədən asılı olmayaraq, konkret hallara reaksiya veririk".

Əsas mövzular