13:53 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
8154 0 0

Siz bu mövqe ilə Minsk qrupunun həmsədrlərinin son bəyanatında tanışa ola bilərsiniz.

BAKI, 15 mart — Sputnik. Rusiya tərəflərin danışıqlar formatını dəyişmək barədə qərar qəbul edəcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin fikrinə hörmətlə yanaşacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədri kimi dəfələrlə danışıqlar formatına dair fikir bildirib. Danışıqlar formatının dəyişdirilməsi yalnız tərəflərin razılığı əsasında mümkündür", - deyə Zaxarova bəyan edib.

Onun sözlərinə görə, bu mövqeyi ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də bölüşür. Siz bu mövqe ilə Minsk qrupunun həmsədrlərinin son bəyanatında tanışa ola bilərsiniz.

Əsas mövzular