Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən böyük problemi açıqlandı

© Sputnik / Ekaterina Lyizlova / Mediabanka keçid"Sberbank"-ın rəhbəri German Qref
Sberbank-ın rəhbəri German Qref - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiya liderləri" müsabiqəsi "Rusiya – fürsətlər ölkəsi" açıq platformasının layihəsidir

BAKI, 15 mart — Sputnik. Rusiya "Sberbank"-nın rəhbəri German Qref "Rusiyanın liderləri" forumunda ölkənin əsas probleminn nə olduğunu qeyd edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, tədbir canlı olaraq forumun "Facebook" səhifəsində yayımlanıb.

Jurnalistlər Qrefdən Rusiyanın zamanla qarşılaşa biləcəyi 3 çətinlik barədə sual verib. Cavabında o, qeyd edib ki, ölkə hazırda "effektiv dövlət idarəetmə sisteminin olmamasından" əziyyət çəkir. O bildirib ki, bu problem həll olunduğu zaman digər problemlər avtomatik olaraq öz həllini tapacaq.

Qeyd edək ki, "Rusiya liderləri" müsabiqəsi "Rusiya – fürsətlər ölkəsi" açıq platformasının layihəsidir.

Finala Rusiyanın 21 bölgəsindən 300 nəfər keçə bilib.

Onlar bir milyon rubl (25911 manat) məbləğində təhsil qrantı alacaqlar və qaliblər il ərzində biznes və dövlət idarəçiliyində ən yaxşı liderlərdən biri ilə işləyə biləcəklər.

Bu il layihənin son mərhələsi Soçidə keçirilir.

Xəbər lenti
0