20:48 18 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
S-400 kompleksi

Dünyanın gözləmədiyi qərar: Rus ordusu "S-500"lərlə təchiz olunacaq

© Sputnik / Grigoriy Sisoev
RUSİYA
Qısa URL
5254 0 0

Qatçinadakı zenit-raket qoşunlarının hazırlığı mərkəzi "S-500"-ün idarə olunması proqramını öyrənən ilk zabitləri buraxacaq

BAKI, 1 mart — Sputnik. Rusiya Hərbi Kosmik-Müdafiə Akademiyasının rəisi, general-leytenant Vladimir Lyaporov bəyan edib ki, yaxın vaxtlarda Rusiya ordusuna "S-500" zenit-raket kompleksi veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu general-leytenant "Krasnaya zvezda" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Qatçinadakı zenit-raket qoşunlarının hazırlığı mərkəzi "S-500"-ün idarə olunması proqramını öyrənən ilk zabitləri buraxacaq: "Hazırda ordu bu növ zenit-raket kompleksləri ilə təchiz olunmayıb. Lakin hərbçilər onları yaxın vaxtlarda gözləyirlər".

Bununla belə, Lyaporov "S-500"-ün orduya nə vaxt veriləcəyini konkret şəkildə açıqlamayıb.

Qeyd edək ki, yanvarın 11-də ABŞ-ın "The National Interest" nəşri Rusiyanın "S-500"-lər barədə "susması"nın səbəbindən yazıb. Bildirilib ki, Rusiya yeni "S-500" zenit-raket kompleksləri (ZRK) barədə məlumatları "S-400" zenit-raket komplekslərinin xarici ölkələrə satışı ilə bağlı mövcud razılaşamaların təhlükə altına atmamaq üçün açıqlamır.

Belə ki, potensial müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər.

"Yeni məlumatların yayılması Türkiyə və Hindistan kimi strateji əhəmiyyətə malik ölkələrin hiddətinə səbəb ola bilər. Belə ki, bu ölkələr "S-400"-ün alınmasına görə ABŞ-la ciddi diplomatik problemlər yaşayıb. Vaşinqton məhz bu addımlarına görə onları dəfələrlə sanksiyalarla hədələyib" - deyə vurğulayan nəşr qeyd edib ki, məhz bu faktlara əsasən "S-500"-lərin xarici ölkələrə tədarükü planda yoxdur.

Əlaqədar

BMT-nin Təhlükəsizlik Şurasında İran müzakirə olunub - Ballistik raketə görə
Azərbaycan raket üçün Rusiyaya müraciət etməyib
Trampın “əməyinin” bəhrəsi – İran raket sınağını 2 dəfə artırıb
İran XİN: "İran raket gücünü artırmağa davam edəcək"
Teqlər:
silah, "S-400" zenit-raket kompleksi, ordu, Rusiya

Əsas mövzular