16:22 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Rusiya prezidenti Vladimir Putin

Putindən Vaşinqtona sərt xəbərdarlıq: "Vəziyyəti gərginləşdirməyin, əks halda..."

© Sputnik / Ilya Pitalev
RUSİYA
Qısa URL
125 0 0

Putin vurğulayıb ki, Birləşmiş Ştatlar raket əleyhinə müdafiə sistemlərində üstünlük əldə etməyə çalışır

 

BAKI, 20 fevral — Sputnik. Birləşmiş Ştatlar Avropada İdjis (Aegis) qurğuları yerləşdirib, bu qurğular "Tomahavk" raketlərini buraxa bilərlər. Bu isə "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqavilənin şərtlərinə ziddir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciətində bildirib.

"Rusiya Avropada birinci olaraq raketləri yerləşdirmək niyyətində deyil. Əgər ABŞ bunu etsə, onda vəziyyəti kəskin şəkildə gərginləşdirəcək. Bu Rusiya üçün təhdiddir. Bu baş verəcəyi təqdirdə raketlərin Moskvaya uçması üçün təxminən 10 dəqiqə lazım olacaq. Bu halda Rusiyanın cavabı simmetrik olacaq. Biz vəziyyətin gərginləşməsinə istəmirik", - deyə Rusiya prezidenti qeyd edib.

Putin vurğulayıb ki, Birləşmiş Ştatlar raket əleyhinə müdafiə sistemlərində üstünlük əldə etməyə çalışır. Lakin bu cür illüziyalara qapılmaq lazım deyil, Rusiyanın cavabı effektiv olacaq.

Əsas mövzular