06:47 19 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
Vladimir Putin

Putin bu gün dünyaya mesajlar verəcək

© Sputnik / Ilya Pitalev
RUSİYA
Qısa URL
68 0 0

Telekanallar Putinin müraciətinin yayımına bir saat ayırıb

BAKI, 20 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya Federal Məclisinə müraciət edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Putin hər il olduğu kimi, Federal Məclisə müraciət edərək ölkədə vəziyyət, daxili və xarici siyasətdə əsas istiqamətlərdən danışacaq.

Müraciət Rusiyanın bütün efir kanalları ilə canlı yayımlanacaq. Telekanallar Putinin müraciətinin yayımına bir saat ayırıb. Müraciət Bakı vaxti ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, sonuncu dəfə Putin 1 mart 2018-ci ildə Federal Məclisə müraciət edib. O, müraciətində "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından söz açıb.

Putin "Kinjal"ı analoqu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".

Əlaqədar

Lavrov Putin-Ərdoğan görüşünün əsas mövzusunu açıqladı
Kreml rəsmisi: Putin Ərdoğana çox etibar edir
Putin-Ərdoğan-Ruhani görüşündən əvvəl Türkiyəyə kritik səfər
Putin və Ruhaninin görüşündə problem yaşanıb
Teqlər:
Federal məclis, müraciət, Prezident, Rusiya, Vladimir Putin

Əsas mövzular