18:29 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Рауф Арашуков

Rusiyada məşhur sima iclas zalında həbs olunub

© Facebook / Рауф Арашуков
RUSİYA
Qısa URL
74 0 0

Federasiya Şurası yekdilliklə Araşukovun toxunulmazlıq hüququnu ləğv edib

BAKI, 30 yanvar — Sputnik. Rusiyada Qaraçay-Çərkəz Respublikasından olan senator Rauf Araşukov Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi senatora qarşı bir neçə maddə ilə ittiham irəli sürüb.

O, 2010-cu ildə cinayətkar qrup təşkil etməkdə, iki nəfərin qətlə yetirilməsində və daha bir nəfərin sağlamlığına ağır dərəcəli xəsarət yetirməkdə ittiham olunur. Federasiya Şurası yekdilliklə Araşukovun toxunulmazlıq hüququnu ləğv edib.

Qeyd edək ki, 32 yaşlı R.Araşukov Qaraçay-Çərkəz Respublikasından Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü seçilib. O, ölkədə qaz sektorunda tanınmış sahibkar Raul Araşukovun oğludur.

Əlaqədar

Koçaryan həbsdən səsləndi: “Paşinyan Qarabağ danışıqlarında səhvlər edib”
ABŞ hərbçiləri İŞİD-in səhra komandirlərini həbsxanadan qaçırdılar
Ermənistan həbsxanasında baş verən dəhşət dünya mətbuatının gündəmində
Teqlər:
Həbs, senator, Rusiya

Əsas mövzular