11:34 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Фонарь такси на крыше автомобиля в Баку

Taksi sürücüsü sərnişinə çəkmələrindəki qara görə atəş açıb

© Sputnik / Anar Mustafayev
RUSİYA
Qısa URL
35 0 0

Hadisəni törədən sürücü bundan sonra ərazidən uzaqlaşaraq gizlənib

BAKI, 28 yanvar - Sputnik. Kazan şəhərində taksi sürücüsü sərnişinə çəkmələrindəki qarı çırpmadığına görə atəş açıb.

"Report" "KazanFirst"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şəhər üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Əmirxan prospektində, təmir-tikinti malları mağazasının qarşısında olub. Taksi çağırmış üç nəfər maşına əyləşmək istəyən zaman sürücü onlardan çəkmələrindəki qarı çırpmağı xahiş edib.

Sərnişinlər onun xahişini yerinə yetirməyiblər. Buna görə də tərəflər arasında qarşıdurma yaranıb. Bu zaman taksi sürücüsü travmatik tapançadan sərnişinlərdən birinin boyun nahiyəsinə atəş açıb.

Hadisəni törədən sürücü bundan sonra ərazidən uzaqlaşaraq gizlənib. Lakin insidentin bütün iştirakçılarını polis bölməsinə aparılıb.

Əsas mövzular