18:32 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan

Putin Moskvaya gedən Paşinyanla görüşməyəcək

© Sputnik / Aleksey Druzhinin
RUSİYA
Qısa URL
90 0 0

Ermənistan baş naziri Nikol Paşinyan Moskvada Avrasiya İqtisadi İttifaqının mənzil qərargahına gedəcək

BAKI, 23 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanla görüş hələlik Rusiya prezidenti Vladimir Putinin yanvarın 25-nə olan iş qrafikində göstərilməyib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bildiyim qədəri ilə Rusiya prezidenti ilə görüş planlaşdırılmır. Bilirsiniz, onlar tez-tez həm telefonla ünsiyyətdə olurlar, görüşürlər. Cümə günü prezident üçün olduqca zəngin gündür. Ona görə də mən belə bir görüşün olacağını bilmirəm. Hələlik bu razılaşdırılmayıb", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, cümə günü Ermənistan baş naziri Nikol Paşinyan Moskvada Avrasiya İqtisadi İttifaqının mənzil qərargahına gedəcək. Orada Paşinyan Ermənistanın 2019-cu ildə quruma sədrliyi ilə bağlı çıxış edəcək.

Əsas mövzular