Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya səmasında iki qırıcı təyyarə toqquşub

© AP Photo / Juan Carlos HernandezСу 30 МКИ təyyarələri
Су 30 МКИ təyyarələri - Sputnik Azərbaycan
Abunə olmaq
Toqquşan "Su-34" qırıcılarından biri dənizə düşüb

BAKI, 18 yanvar — Sputnik. Rusiyanın Uzaq Şərq vilayətində iki "Su-34" qırıcı təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, həmin iki təyyarə havada bir-biri ilə toqquşub.

Hadisə Bakı vaxtı ilə bu gün 09:07 radələrində Yapon dənizi hövzəsində, sahildən 35 kilometr aralıda planlı təlim tədris uçuşu zamanı baş verib.

Toqquşan "Su-34" qırıcılarından biri dənizə düşüb. Onun ekipajı katapulta edib. Hələlik ikinci təyyarənin taleyi bilinmir. Ehtimal olunur ki, o, bazaya qayıda biləcək.

Hələlik hər iki ekipajın statusu açıqlanmır. Saxalin dəniz xilasetmə dəstəsi Tatar boğazı üzərində toqquşan təyyarənin axtarışlarına başlayıb.

Daha əvvəl yayılan məlumatda Rusiyanın Uzaq Şərq regionunda "Su-34" qırıcısının radarlardan itdiyi bildirilirdi.

Xəbər lenti
0