05:27 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Maqnitoqorskda qaz sızması nəticəsində binada baş verən partlayış

Partlayış qurbanlarının sayı 21-ə çatıb, ölənlərdən 14 nəfərin şəxsiyyəti müəyyənləşib

© Sputnik / Ilya Moskovets
RUSİYA
Qısa URL
227 0 0

Son məlumata görə, 5-i uşaq olmaqla 21 nəfərdən hələ də xəbər yoxdur

BAKI, 2 yanvar — Sputnik. Dekabrın 31-də Maqnitoqorskda çoxmərtəbəli binanın girişində qaz sızması nəticəsində baş verən partlayış zamanı ölənlərdən 14 nəfərinin şəxsiyyəti müəyyən edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə şəhər adminsitrasiyasının mətbuat xidmətindən məlumat verilib.

İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimdə iştirak ediblər
© Official web-site of President of Azerbaijan Republic

Partlayışdan sonra binanın 1 bloku dağılıb. Son məlumata görə, partlayış zamanı 21 nəfər dünyasını dəyişib. Ölənlərdən ikisi uşaqdır.

Qeyd edək ki, hadisə baş verən binada 120 sakin yaşayır. Son məlumata görə, 5-i uşaq olmaqla 21 nəfərdən hələ də xəbər yoxdur.

Hadisə zamanı xəsarət alan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan biri 11 yaşlı uşaqdır. Onun vəziyyəti ağırdır.

Hazırda hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. Onlar dağıntılar altından cəsədlərin axtraışındadırlar.

Xatırladaq ki, dekabrın 31-də yerli saatla 6.00-da Rusiyanın Moqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişində qaz sızması güclü partlayışa səbəb olub.

Faciə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.i

Əlaqədar

Putin partlayış baş verən zonaya gedib
Mingəçevirdə əlində fişəng partlayan yeniyetmə Bakıya göndərilib
Dəhşətli partlayış anı kameralar tərəfindən çəkilib
Teqlər:
qaz, Partlayış, bina, Rusiya

Əsas mövzular