Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan Yerevana Paşinyanı qəzəbləndirəcək məktub

© Sputnik / Kirill kalinnikov / Mediabanka keçidMoskvada Kreml
Moskvada Kreml - Sputnik Azərbaycan
Abunə olmaq
Putin Koçaryanı təbrik edib, ona ruh yüksəkliyi arzulayıb

BAKI, 28 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti Robert Koçaryana yeni il münasibəti ilə təbrik məktubu göndərib. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"-ya istinadən xəbər verir.

Putin hazırda həbs olunan Koçaryana can sağlığı, möhkəm olmağı və ruh yüksəkliyi arzulayıb.

Qeyd edək ki, Robert Koçaryan dekabrın 7-dən həbsdədir. Təbrik haqqında məlumat Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında danışıqların bitməsindən bir neçə saat sonra gəlib.

Onu da xatırladaq ki, Paşinyan Yerevana qayıtdıqdan sonra Rusiyadan Ermənistana satılan qaz qiymətlərinə dair razılığa gəlinmədiyini bəyan edib.

Xəbər lenti
0