Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Filipp Kirkorov Puqaçovanın sərt xarakterindən danışıb

© Photo : Instagram / fkirkorovAlla Puqaçova keçmiş (Filip Kirkorov) və indiki (Maksim Qalkin) həyat yoldaşları ilə
Alla Puqaçova keçmiş (Filip Kirkorov) və indiki (Maksim Qalkin) həyat yoldaşları ilə - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, keçmiş həyat yoldaşı prinsipial və çətin xarakterlidir

BAKI, 25 dekabr — Sputnik. Filipp Kirkorov öz pərəstişkarlarına Alla Puqaçova ilə həyatının pərdə arxasından danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Əhval-ruhiyyənin rəngi" sənədli filmində öz həyatının müəyyən mərhələlərindən söz açıb. O bildirib ki, keçmiş həyat yoldaşı prinsipial və çətin xarakterlidir.

"Bu xüsusiyyətlər Puqaçovanın möhtəşəm müğənni və qeyri-adi insan edib" - deyə Kirkorov bildirib.

Filipp eyni zamanda qeyd edib ki, müğənni səhnədə həssas bir qadının romantik obrazını təqlid edir, əslində isə o çox sərt adamdır. Bu da Alla Borisovnanı daha cazibəli edir.

Kirkorovun sözlərinə görə, müxtəlif zamanlarda bir çox müğənnilər "ikinci Puqaçova" hesab edilib.

Söhbət Janna Aquzarova, İrina Alleqrova və Zemfiradan gedir. Ancaq onların populyarlığına baxmayaraq Puqaçova olub, var və olacaq.

Bununla yanaşı, Kirkorov dünyanın bütün bölgələrində hörmət edilən və sevilən "Kremlin agenti" halına gəldiyini də qeyd edib.

Xəbər lenti
0