07:46 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Seyf əl-İslam Qəddafi

Qəddafi Putindən kömək istəyir

© AFP / MAHMUD TURKIA
RUSİYA
Qısa URL
440 0 0

Hələlik Rusiya rəhbərliyi Liviyada prezident seçkilərində kimi dəstəkləyəcəyinə dair qərar verməyib

BAKI, 24 dekabr — Sputnik. 2011-ci ildə öldürülmüş Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi Rusiya hökumətinə müraciət edib. O, Liviyada prezident seçkilərində iştirak edəcəyini deyərək, bu fəaliyyətində Kremldən dəstək istəyib. 

Seyf əl-İslam Qəddafi, arxiv şəkli
© AFP / IMED LAMLOUM

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Moskva nümayəndələri artıq oğul Qəddafi ilə müzakirələr aparıblar. Amma hələ Rusiya rəhbərliyi Liviyada prezident seçkilərində kimi dəstəkləyəcəyinə dair qərar verməyib.

Bildirilir ki, ötən il oktyabrın əvvələrində Seyf əl-İslam Qəddafi Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Bu zaman o, Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubu da təqdim edib.

Xatırladaq ki, Liviyanın keçmiş rəhbəri Müəmmar Qəddafi 2011-ci ildə ölkədə baş vermiş kütləvi etiraz aksiyaları, onun ardınca baş tutan üsyan nəticəsində qətlə yetirilib.

Əlaqədar

Qəddafi: Liviyanı "Qərbin marionetkası" idarə edir
Qəddafinin xəncərini satarkən yaxalandı
Britaniyadan gecikmiş etiraf: "Qəddafinin devrilməsi səhv addım idi"
Teqlər:
Müəmmar Qəddafi, Rusiya, Liviya

Əsas mövzular