18:02 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9356
Посол Российской Федерации в Азербайджанской Республике Бочарников Михаил

Rusiyanın Azərbaycandakı səfiri: "Dövlətlərimiz strateji tərəfdaşdır"

© Sputnik / Murad Orujov
RUSİYA
Qısa URL
390 0 0

Mixail Boçarnikov: "2019-cu ildə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin aktiv şəkildə inkişafını gözləyirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. "Mən ilk növbədə burda olan hər kəsi Azərbaycan Prezidentinin ad günü münasibəti ilə təbrik edirəm. Bizim rəhbərliyimiz də İlham Heydəroviçi bu gün münasibətilə təbrik edib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

"Mən, həmçinin sizləri qarşıdan gələn yeni il münasibəti ilə təbrik edir, hamınıza uğurlar arzulayıram. Biz 2018-ci ili başa vururuq. Düşünürəm ki, il elə də pis başa çatmır" - deyə Rusiya səfiri qeyd edib.

Boçarnikov vurğulayıb ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və ölkələr öz əlaqələrini aktiv şəkildə inkişaf etdirir: "Bizim ölkələrimizin hökumətlərinin müxtəlif qolları arasında çox gözəl anlaşma var, prezidentlərimiz arasında çox yaxşı əlaqələr var".

"2019-cu ildə ölkələrimiz arasında, xüsusilə iqtisadi əlaqələr olmaqla, bütün sahələrdə əlaqələrin aktiv şəkildə inkişafını gözləyirik. Bu iqtisadi inkişaf əsasında digər sahələr üzrə də əməkdaşlığın inkişaf edəcəyini düşünürəm" - deyə səfir əlavə edib.

Əlaqədar

Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib
Rusiya-Azərbaycan gənclər forumu başlayıb
Teqlər:
Mixail Boçarnikov, səfir, Rusiya, Azərbaycan

Əsas mövzular