07:44 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında

Putin yenidən evlənmək məsələsinə aydınlıq gətirib

© Sputnik / Ilya Pitalev
RUSİYA
Qısa URL
439 0 0

Prezident cavab verib ki, hər bir mədəni şəxs kimi o da bir gün evlənəcək

BAKI, 21 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında şəxsi həyatına aid sualları da cavablandırıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, media nümayəndələrindən biri Putinə nə vaxt evlənəcəyi barədə sual verib.

Prezident cavab verib ki, hər bir mədəni şəxs kimi o da bir gün evlənəcək. Lakin Vladimr Putin evlənəcəyi vaxtı və şəxsi açıqlamayıb.

Daha sonra prezident jurnalistə evli olub-olmadığı barədə sual verib.

Jurnalist "bəli" cavabını verib. Prezident isə jurnalisti nəzərdə tutaraq gülərək deyib ki, "özü evlidir, mənim də özü kimi olmağımı istəyir".

Əsas mövzular