14:01 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.9020
Anar Allahverənov

Dünya çempionunu öldürən azərbaycanlı 18 il müddətinə azadlıqdan məhrum edildi

© Photo: Instagram / anar4911
RUSİYA
Qısa URL
95 0 0

Azərbaycanlı rus döyüşçünü qəsdən öldürmədiyini desə də, ona 18 il iş verdilər

BAKI, 20 dekabr — Sputnik. Xabarovsk vilayət məhkəməsi Rusiyada pauerliftinq üzrə Avropa və dünya çempionu Andrey Draçevi öldürməkdə ittiham edilən həmyerlimiz Anar Allahverənova cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edib.

Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ittiham tərəfi Allahverənovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Lakin məhkəmə ona 2 il müddətində azadlığı məhdudlaşdırılmaqla 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Allahverənov cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Allahverənova məhkəmədə son söz verilərkən, o, peşman olduğunu, əməllərindən tövbə etdiyini bildirib və Draçevin valideynlərindən üzr istəyib.

Rusiyada pauerliftinq üzrə Avropa və dünya çempionu Andrey Draçevi öldürməkdə ittiham edilən Allahverənov özünü günahkar hesab etmir. O, məhkəmədə deyib ki, sadəcə Draçevlə döyüşüb, onu qəsdən öldürməyib.

Xatırladaq ki, 2017-ci il avqustun 20-də Xabarovskda kafelərin birində Andrey Draçev və Anar Allahverənov arasında mübahisə başlayıb, sonradan bu proses əlbəyaxa döyüşə çevrilib. Onlar münasibətlərinə təkbətək döyüşdə aydınlıq gətirmək istəyiblər və heç kəs onların döyüşünə müdaxilə etməyib. Şahidlərin sözlərinə görə, peşəkar idmançı olan Allahverənov qəsdən Draçevlə döyüşə təhrik edilib. Allahverənovun həlledici zərbəsi ölümcül olub. Draçev dava zamanı aldığı zərbə nəticəsində aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qətlin törədilməsində şübhəli bilinən Allahverənov hadisədən bir ay sonra hüquq mühafizə orqanlarına təslim olub. Məhkəmənin birinci prosesində Allahverənov bildirib ki, o, heç kimi öldürməyib. Draçevlə aralarında sadəcə adi bir döyüş olub.

Tanışlarının dediyinə görə, Allahverənov qarışıq döyüş növləri ilə məşğul olubmuş. O, bir neçə turnirdə uğurlar qazanıb, idman dərəcəsi alıb. Anar sambo üzrə idman ustasıdır. Xabarovskdakı Dəmiryolu İnstitutunda təhsil alır. Eyni zamanda, inşaat sektorunda briqadir işləyib. O, vaxtilə Draçevlə bir yerdə eyni idman məktəbinə gedirmiş.

Əlaqədar

Anar Allahverənovun atası öldürüldü
Allahverənovun atasının ölümü sui-qəsddir?
"Mən onunla döyüşmüşəm, öldürməmişəm"
Məhkəmə Anar Allahverənovun atasını öldürən barədə hökm çıxardı

Əsas mövzular