07:48 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Çavuşoğlu və Rusiya xarici işlər naziri Lavrov

Lavrov-Çavuşoğlu görüşü baş tutub

© Sputnik / Nina Zotina
RUSİYA
Qısa URL
94 0 0

Təkbətək görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələləri müzakirə etdiyi bildirilir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlunun Bakıda ikitərəfli görüş baş tutub. Sputnik Azərbaycan-ın məlumatına görə görüş Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 39-cu iclası çərçivəsində keçirilib.

Təkbətək görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələləri müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb. İclasa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir. İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi "Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi" şüarı altında həyata keçirilib. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 ölkə - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın üzvüdür. 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.

Əlaqədar

Ekspert: “Rusiya və Türkiyənin Qarabağ problemini birgə həll etməsini gözləmək çətindir”
Qarabağın varlı bəyinin sərvətinə Türkiyədə sahib çıxdılar, işə Rusiya prezidenti qarışdı
Türkiyə-Rusiya anlaşması Avropanı vəlvələyə salıb
Rusiya Türkiyənin planlaşdırdığı əməliyyata münasibət bildirdi
Teqlər:
QDİƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Bakı, Mövlud Çavuşoğlu, Sergey Lavrov, Türkiyə, Rusiya

Əsas mövzular