11:11 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Putin və Poroşenko

Ukrayna ilə Rusiya arasında daha bir "körpü" yandırıldı - Poroşenkodan radikal qərar

© Sputnik / Sergey Guneyev
RUSİYA
Qısa URL
3746 0 0

Tərəflər arasında "Dostluq haqqında" sazişin qüvvədən düşməsi barədə əmr imzalanıb

BAKI, 10 dekabr — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə "Dostluq haqqında" sazişin qüvvədən düşməsi barədə əmr imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Poroşenko öz "Twitter" səhifəsində qeyd edib. Məlumata əsasən, 2019-cu ilin aprelin 1-dən tərəflər arasındakı sözügedən saziş qüvvədən düşür.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında "Dostluq haqqında" saziş 31 may 1997-ci ildə Kiyevdə imzalanıb və 1 aprel 1998-ci ildə qüvvəyə minib. Saziş ölkələr arasında strateji tərəfdaşlığı nəzərdə tutur.

Sazişin dayandırılması haqqında qərarı Ukrayna Kerç boğazında olan insidentdən sonra qəbul edib. Belə ki, həmin hadisədən sonra, 26 noyabr Bakı vaxt ilə saat 16:00-da Ukraynada hərbi vəziyyət tətbiq olunub və bu qərar 30 gün (26 dekabr saat 16:00-a qədər) davam etməlidir.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb.

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.

Bundan sonra Ukraynada hərbi vəziyyət elan olunub.

Əlaqədar

Rusiyadan Ukraynaya cavab zərbəsi
Rusiya Ukraynaya qarşı "əks-hücuma" keçdi
Ukrayna Rusiya ilə kəskin qarşıdurma astanasında – Ordu hazırlıq vəziyyətinə gətirildi
Ukrayna ordusu Rusiya sərhədlərinə toplaşır - Həyəcan siqnalı
Teqlər:
saziş, Pyotr Poroşenko, Ukrayna, Rusiya

Əsas mövzular