Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyan Putinlə müzakirə barədə: "Razılaşma yoxdur"

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidNikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il
Nikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiya prezidenti ilə qaz qiymətləri də daxil olmaqla, bir sıra məsələlər müzakirə olunacaq"

BAKI, 6 dekabr — Sputnik. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya səfərə gedib. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, Paşinyan Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Avrasiya İqtisadi Şurasının iclası zamanı internet-bazarın tənzimlənməsi siyasəti, şəbəkə texnologiyasının inkişafı, neft satışı üçün ümumi bazarın formalaşması, təbii qaz və neft məhsulları üzrə siyasət də daxil olmaqla, bir sıra məsələlər müzakirə olunacaq.

Nikol Paşinyan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini müzakirə edəcək: "Rusiya prezidenti ilə qaz qiymətləri də daxil olmaqla, bir sıra məsələlər müzakirə olunacaq. Hazırda heç nə deyə bilmərəm, hələlik razılaşmalar yoxdur".

Xəbər lenti
0