17:38 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Nikol Paşinyan və Vladimir Putinin görüşü, 14 may 2018-ci il

Paşinyan Putinlə müzakirə barədə: "Razılaşma yoxdur"

© Sputnik / Mikhail Klimentyev
RUSİYA
Qısa URL
0 0 0

"Rusiya prezidenti ilə qaz qiymətləri də daxil olmaqla, bir sıra məsələlər müzakirə olunacaq"

BAKI, 6 dekabr — Sputnik. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya səfərə gedib. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, Paşinyan Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Avrasiya İqtisadi Şurasının iclası zamanı internet-bazarın tənzimlənməsi siyasəti, şəbəkə texnologiyasının inkişafı, neft satışı üçün ümumi bazarın formalaşması, təbii qaz və neft məhsulları üzrə siyasət də daxil olmaqla, bir sıra məsələlər müzakirə olunacaq.

Nikol Paşinyan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini müzakirə edəcək: "Rusiya prezidenti ilə qaz qiymətləri də daxil olmaqla, bir sıra məsələlər müzakirə olunacaq. Hazırda heç nə deyə bilmərəm, hələlik razılaşmalar yoxdur".

Əlaqədar

Nikol Paşinyanı iki dəfə cərəyan vurub - VİDEO
Paşinyan Rusiyaya gedir, Putindən qaz istəyəcək
Paşinyan cəbhədəki vəziyyətdən danışdı
Teqlər:
Vladimir Putin, Nikol Paşinyan, Rusiya, Ermənistan

Əsas mövzular