Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Surqut şəhər hava limanına Fərman Salmanovun adı veriləcək

Abunə olmaq
Kəşfiyyatçı geoloqun adı eyni zamanda iki şəhərin hava limanına namizəd olub: Surqut və Nijnevartovsk

BAKI, 4 dekabr - Sputnik. Rusiyanın Surqut şəhər aeroportuna Azərbaycan əsilli kəşfiyyatçı geoloq, Sibir neftini kəşf edən Fərman Salmanovun adı verilib.

“Report” xəbər verir ki, bu, çərşənbə axşamı "Rossiya 1" telekanalında yayımlanan "60 minut" (60 dəqiqə) verilişində nəticələri açıqlanan "Rusiyanın böyük adları" müsabiqəsinin yekununda məlum olub.

"Великиеимена.рф" saytında aparılan müsabiqəyə dekabrın 4-də yekun vurulub. Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanının adını müəyyənləşdiriblər. Siyahıda bir azərbaycanlının da adı olub. Kəşfiyyatçı geoloqun adı eyni zamanda iki şəhərin hava limanına namizəd olub: Surqut və Nijnevartovsk. Səsvermə nəticəsində onun adı Surqut şəhər aeroportuna verilib.

Xəbər lenti
0