Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna ordusu Rusiya sərhədlərinə toplaşır - Həyəcan siqnalı

© Sputnik / Alexander Polegenco / Mediabanka keçidRusiya-Ukrayna sərhəddi
Rusiya-Ukrayna sərhəddi - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi vəziyyətin elan olunduğu regionlarda təlimlər keçiriləcək

BAKI, 3 dekabr — Sputnik. "Ölkə ərazisində hərbi vəziyyətin qüvvədə olduğu müddətdə Rusiya ilə sərhədə qoşun toplanacaq". Sputnik Azərbaycan UNİAN-a istinadən xəbər verir ki, bu bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko çıxış edib.

Onun sözlərinə görə, qoşunların dislokasiya yerinin dəyişməsi dövlət sərhədinin gücləndirilməsi üçün lazımdır: "Bundan əlavə, hərbi vəziyyətin elan olunduğu regionlarda təlimlər keçiriləcək".

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna ilə Rusiya gəmiləri arasında insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıb. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində Ukraynaya məxsus "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri saxlanılıb.

Ukraynalı hərbiçi nəzarət-keçid məntəqəsində, arxiv şəkli - Sputnik Azərbaycan
Ukraynadan rus kişilərə qadağa – Ölkəyə buraxılmayacaqlar

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib. Qeyd edilir ki, yaralıların həyatı üçün təhlükə yoxdur.

Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda günahlandırır.

Hadisə ilə bağlı Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Belə ki, hərbi vəziyyət 26 noyabr, Bakı vaxt ilə saat 16:00-da tətbiq olunub və 26 dekabr saat 16:00-a qədər davam edəcək.

Xəbər lenti
0