23:14 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Aİ bayraqları

ABŞ hegemoniyasına son qoyacaq təklif: Lissabondan Vladivostoka qədər vahid güc

© REUTERS / Francois Lenoir
RUSİYA
Qısa URL
5067 0 0

Perenciyev: "Rusiya ümumavropa ordusunun yaradılmasını alqışlayacaq, çünki Avropanın təhlükəsizliyini təmin edən NATO daim düşmən axtarışındadır"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. "Ümumavropa ordusunun yaradılması ABŞ-ın dünya lideri kimi rolunu azaldacaq. Bu isə, sözsüz, öz təhlükəsizliyinin təmin olunması mexanizmini əldə etmək baxımından Avropa üçün əlverişlidir".

Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, analitik Aleksandr Perenciyev
© Photo : Şəxsi arxivindən
Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, analitik Aleksandr Perenciyev

Bu sözləri Sputnik Azərbaycan-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, hərbi-siyasi analitik Aleksandr Perenciyev deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun ümumavropa ordusu yaratmaq barədə təşəbbüsünü şərh edərkən, bunu aydın və təbii istək adlandırıb. Makron Avropa İttifaqının təhlükəsizliyini öz qüvvələri hesabına təmin etmək arzusunu ifadə etmişdi.

Perenciyevin sözlərinə görə, Rusiya ümumavropa ordusunun yaradılmasını alqışlayacaq: "Çünki Avropanın təhlükəsizliyini təmin edən NATO son zamanlar daim düşmən axtarışındadır. Bu, özünü daha çox Moskvaya münasibətdə göstərir. Bütün bunlar ona görə baş verir ki, əgər antirus fobiyası yox olsaydı, NATO-nun Avropada mövcudluğu da öz əhəmiyyətini itirəcəkdi".

Ekspert hesab edir ki, NATO-nun ABŞ-ın birbaşa Avropa ölkələrinə silah satmaq məqsədilə yaratdığı kommersiya məhsulu olduğunu başa düşmək lazımdır: "Bununla yanaşı, Alyans faktiki olaraq, Avropa ölkələrinın hərbi təhlükəsizliyini təmin etmək məqsədilə muzdlulardan təşkil olunmuş strukturdur. Lakin bu struktur nizamnaməsinin ziddinə olaraq heç də Avropanın hərbi təhlükəsizliyini təmin etmir".

Sputnik Azərbaycan-ın həmsöhbətinin dediyinə görə, burada söhbət təkcə xarici düşməndən getmir: "Terrorizm problemi o faktı aşkara çıxardı ki, Avropanın milli hökumətləri özləri öz ölkələrinin və xalqlarının təhlükəsizliyini təmin etmək çağırışına cavab verə bilmir. Hər şey NATO-nun simasında üst milli strukturların çiyinlərində dayanır, daha dəqiqi ABŞ-ın çiyinlərində. Bu isə nəticədə ona gətirib çıxarıb ki, bu gün Avropa dövlətləri, bütövlükdə Avropa öz milli təhlükəsizliyini effektiv şəkildə təmin edə bilmir".

"Bu, onunla izah edilir ki, NATO ümumavropa maraqlarını deyil, hər şeydən əvvəl Amerikanın maraqlarını təmin edir. Və nəhayət Avropada bunu başa düşməyə başlayıblar" - hərbi analitik deyib.

Rusiyaya gəlincə, Perenciyev hesab edir ki, ümumavropa ordusunun yaranması Moskvanın da işinə yarayır: "Birincisi, bu ordu NATO ilə rəqabət aparacaq struktur olacaq. Bu, nəticə etibarilə Alyansın zəifləməsinə, hətta yoxa çıxmasına aparıb çıxaracaq. İkincisi, ümid var ki, ümumavropa ordusu Rusiyaya və ümumiyyətlə digər ölkələrə qarşı aqressiv olmayacaq, üstəlik, daha çox öz təhlükəsizliyinin qayğısına qalacaq".

A.Perenciyev onu da qeyd edib ki, ümumavropa ordusunun yaradılması Rusiya ilə Avropa ölkələri arasında hərbi-texniki əməkdaşlığın yaxşılaşmasını da təmin edə bilər: "Bu ölkələr silahların və texnikanın alınmasında, təlimlərin keçirilməsində və təhlükəsizliyin təmin edilməsində kimi seçmək məsələsində xeyli müstəqil olacaq".

"Belə bir ordu qurulacağı təqdirdə, Rusiya təhlükəsizliyin təmin olunmasında Avropa ilə həqiqi əməkdaşlıq qura biləcək və o zaman, nəhayət, "Lissabondan Vladivostoka qədər Avropa" şüarı reallığa çevriləcək" - deyən politoloq əlavə edib ki, əgər amerikalılar yenidən Avropa və Rusiyanı sıxışdırmağa başlamasa, burunlarını onların daxili işlərinə soxmasa, bütün bunlar mümkündür.

Ekspertin fikrincə, ümumavropa ordusunun yaradılması ABŞ-ın dünya lideri kimi rolunu azaldacaq ki, bu da Rusiya və Çin üçün əlverişlidir: "Lakin bu, ilk növbədə öz təhlükəsizliyinin təmin olunması mexanizmini əldə etmək və onu şəxsən idarə etmək baxımından Avropa üçün əlverişli olacaq".

Əlaqədar

Rusiya NATO qarşısında "qırmızı xətt" çəkdi
Türkiyə üçün həlledici tarix elan olundu - NATO daxilində həyəcan
İqtisadçı: “ABŞ neftin qiymətinin düşməsinə çalışır”
Ekspert: “ABŞ-ın xarici siyasətində ziddiyyətlər artacaq”
Teqlər:
Aleksandr Perenciyev, ordu, NATO, Rusiya, Avropa

Əsas mövzular