Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şabanovu Peredelkino rayonunda oğurluq etdiyi zaman yaxalayıblar

BAKI, 8 noyabr — Sputnik. Hüquq-mühafizə orqanları Moskvada binaların birinin liftində baş vermiş qətl hadisəsinin üstünü açıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onlar hadisə ilə bağlı Azərbaycandan olan keçmiş polis əməkdaşı Rövşən Şabanovu yaxalayıb. Məlumata görə, o, əvvəllər də cinayət törədib.

Qeyd edək ki, noyabrın 5-də eyni gündə bir neçə oğurluq hadisəsi baş verib. Qurbanlardan biri qeyd edib ki, oğru liftdə onu bıçaqla hədəyələrək mobil telefonunu əlindən alıb. İkinci hadisənin qurbanı isə 4-cü kurs tələbəsi olub. Oğru onun pul çantasını aparıb.

Şabanovu Peredelkino rayonunda oğurluq etdiyi zaman yaxalayıblar.

Məlumata görə, hadisə zamanı dünyasını dəyişən Larisa Frosina əczaçılıq şirkətində menecer vəzifəsində çalışırmış. Oğru ona 10 bıçaq zərbəsi vurub. Qadının həyat yoldaşının sözlərinə görə, o, sakit xarakeri ilə fərqlənirmiş və hər zaman eyni vaxtda evə qayıdırmış.

Xəbər lenti
0