Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın birgə mətbuat konfransı. Helsinki, 16 iyul 2018-ci il
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın birgə mətbuat konfransı. Helsinki, 16 iyul 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik Moskvadan yeni sanksiyalarla bağlı rəsmi cavab verilməyib

BAKI, 7 noyabr — Sputnik. Birləşmiş Ştatlar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauret bildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanunun tələblərinə uyğun şəkildə hərəkət etmək niyyətindədir: "Rusiya "Skripal işi" üzrə ABŞ-ın tələblərini yerinə yetirməyib. Söhbət kimyəvi və bioloji silahların yayılmaması qanunundan gedir".

Hələlik Moskvadan yeni sanksiyalarla bağlı rəsmi cavab verilməyib.

Xəbər lenti
0