21:06 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Rusiya Dövlət Duması

Nikol Paşinyanın davranışları Moskvada əsəbləri tarıma çəkməyə başlayıb

© Sputnik / Владимир Федоренко
RUSİYA
Qısa URL
13872 0 0

Dövlət Dumasının üzvü: "Paşinyanın hərəkətləri və sözlərində xeyli populizm var və bu, Rusiyada narahatlıq doğurur"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. "Ermənistanda hazırda qeyri-sabitlik hökm sürür. Biz özümüz də Rusiyada yeni Ermənistan rəhbərliyindən nəyi gözləməli olduğumuzu anlaya bilmirik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib. "Ermənistanda baş verənlər siyasi xaosa bənzəyir. Bu cür şəraitdə siyasi trendləri necə müəyyən etmək olar?" - deyə o, sual edib.

Rusiyalı deputat bildirib ki, Nikol Paşinyan Ermənistanda əsas vəzifələrə Qərbə yönələn şəxsləri təyin edir: "Paşinyanın hərəkətlərində xeyli populizm var. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsini yalnız dinc yolla həll etmək lazımdır. Lakin biz yaxşı anlayırıq ki, Paşinyanın hərəkətləri və sözlərində xeyli populizm var və bu, Rusiyada narahatlıq doğurur".

Əlaqədar

XİN: Paşinyan erməni xalqını aldatmamalıdır
Paşinyan Putinlə bağlı gözlənilməz etiraf etdi
Paşinyan təəssüfləndi: “ABŞ bizimlə əlaqələri artırmaq istəmir”
Paşinyan daha bir hədəfinə çatdı – baş nazir seçilmədi
Teqlər:
Dmitri Savelyev, Nikol Paşinyan, Ermənistan, Rusiya

Əsas mövzular