Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dağlıq Qarabağ Rusiya prezidentinin görüşündə mövzu olacaq

CC BY-SA 2.0 / ogannes / AskeranКрепость в оккупированном Арменией городе Аскеран, фото из архива
Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar regional münaqişələr və strateji təhlükəsizlik məsələlərini müzakirə edəcək

BAKI, 23 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın müşaviri Con Bolton ikitərəfli əlaqələr, eləcə də Suriya, regional münaqişələr və strateji təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Sputnk Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Əsas odur ki, Bolton və onun rusiyalı həmkarları prezidenti ötən gün və bu gün günün birinci yarısında baş tutan görüşlər barədə məlumatlandıracaq", — deyə Peskov qeyd edib.

Qeyd edək ki, Trampın müşaviri ötən gün Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Xəbər lenti
0