21:35 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
The town of Al-Shaykh Maskin, liberated by the Syrian Arab Army (SAA) from ISIS militants in Syria's Daraa province. (File)

Rusiyanın müdafiə naziri: İŞİD tamamilə darmadağın edilib

© Sputnik / Michael Alaeddin
RUSİYA
Qısa URL
673 0 0

Rusiya Hava-Kosmik Qüvvələri Suriya hərbi kampaniyası müddətində 40 mindən çox döyüş uçuşu edib və terrorçuların 122 min obyektini sıradan çıxardıb.

BAKI, 20 oktyabr — Sputnik. Üç il ərzində Rusiyanın dəstəyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində Suriyada İŞİD terror təşkilatının dəstələri tamamilə darmadağın edilib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. 

"Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və Suriyanın 95 faizdən çoxu azad edilib" — deyə Şoyqu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin şənbə günü keçirilən V müşavirəsində çıxışı zamanı bildirib.

Rusiya hərbi idarəsinin rəhbəri onu da qeyd edib ki, "Suriyada əsas yaşayış məntəqələri azad edilib və kommunikasiya vasitələri bərpa edilib". 

"Hazırda Suriya Silahlı Qüvvələri ölkə əhalisinin 90%-dən çoxunun yaşadığı ərazilərə nəzarət edir" — nazir bildirib.     

Şoyqunun dediyinə görə, Rusiya Hava-Kosmik Qüvvələri Suriya hərbi kampaniyası müddətində 40 mindən çox döyüş uçuşu edib və terrorçuların 122 min obyektini sıradan çıxardıb.

Müdafiə naziri Suriyada zəngin döyüş təcrübəsi topladıqlarını və onu bölüşməyə hazır olduqlarını qeyd edib. 

BMT-nin statistikasından sitat gətirən Şoyqu "müharibə səbəbindən Suriyanı 7 milyona yaxın insan tərk edib" deyib.

Sözügedən müşavirədən bir qədər əvvəl İŞİD terrorçularının Suriyada 700 nəfəri girov götürdüyü barədə xəbər yayılmışdı.

Əlaqədar

Terror dəhşəti: İŞİD 700 nəfəri girov götürdü
İŞİD yeni formada və yeni yerdə: Mərkəzi Asiya “xilafəti” yarana bilərmi?
Suriya ordusu İŞİD-in son qalasına yaxınlaşıb - VİDEO
Teqlər:
BMT, İŞİD, Rusiya Hava-Kosmik Qüvvələri, Sergey Şoyqu, Rusiya, Suriya

Əsas mövzular