Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyaya qarşı gözlənilən həmlə: Avropa İttifaqı sərt qərar qəbul etdi

© Sputnik / Vladimir SergeevRusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onların Aİ ölkələrinə girişi məhdudlaşdırılacaq və həmin şəxslərin bank hesabları dondurulacaq

BAKI, 15 oktyabr — Sputnik. Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri kimyəvi silahların yayılması və tətbiqinə görə sanksiyaların tətbiqinə dair yeni mexanizm qəbul edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb. 

"Artıq Avropa İttifaqının istehsal yeri, bunun harada baş verməsi və onların milli mənsubiyyətindən asılı olmayaraq kimyəvi silahların hazırlanması və tətbiqinə dəxli olan şəxslər və təşkilatlara qarşı sanksiya tətbiq etmək imkanı olacaq" — deyə məlumatda bildirilir.

Yeni qaydalara əsasən, adı siyahıya düşən şəxslərin Aİ ölkələrinə girişi məhdudlaşdırılacaq və həmin şəxslərin bank hesabları dondurulacaq. Bundan əlavə Avropa İttifaqı ölkələri və vətəndaşlarına sanksiya siyahısına daxil olan şəxslərə maliyyə vəsaitlərinin köçürülməsi də qadağan ediləcək.

İqtisadçı Ruslan Atakişiyev - Sputnik Azərbaycan
Atakişiyev: “Avropa Birliyi malların Rusiyadan gəlməsində maraqlı deyil”

Qeyd edək ki, gözlənilən bu qərar Britaniyanın Solsberi şəhərində baş verən insidentdən sonra gündəmə çıxmışdı. O zamanda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı gözlənilirdi.

Xatırladaq ki, cari il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə tapılıb. Onları koma vəziyyətində xəstəxanaya gətiriblər. Skripalların naməlum maddə ilə zəhərləndikləri məlum olub.

Britaniya hökumətinin rəyinə görə, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər. Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Mütəxəssislər ümumiyyətlə bu maddənin Birləşmiş Krallığa necə gəlib çıxdığını da müəyyən edə bilməyib.

Bütün bunlara baxmayaraq, rəsmi Moskva ittihamları qəbul etmir və baş verənləri Rusiyaya qarşı düşünülmüş ssenari kimi qiymətləndirir.

Xəbər lenti
0