09:49 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Xəzər dənizində gəmilər

Rusiya və İrandan Xəzərdə gözlənilməz gediş - İsrail gizli planı sızdırdı

© Sputnik / Murad Orujov
RUSİYA
Qısa URL
8837 0 0

İran Xəzər dənizi vasitəsi ilə öz neftini Rusiya neftayırma zavodlarına daşıyacaq

BAKI, 15 oktyabr — Sputnik. Rusiya İrana ABŞ-ın tətbiq etdiyi sanksiyaların öhdəsindən gəlməyə imkan verəcək mexanizm yaratmağa kömək edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrailin tanınmış "Mako.co.il" saytı İsrail Xarici İşlər Nazirliyinin (XİN) gizli sənədlərinə istinadən xəbər verir. 

Saytın məlumatına görə, İran Xəzər dənizi vasitəsi ilə öz neftini Rusiya neftayırma zavodlarına daşıyacaq. Yalnız bundan sonra İran nefti dünya bazarlarına Rusiya nefti kimi çıxarılacaq.

Vurğulanır ki, bu plan Tehranda Rusiya, İran və Türkiyə rəhbərlərinin iştirakı ilə baş tutan üçtərəfli sammitdə təsdiqlənib.

Bundan əlavə, İsrail XİN-in hazırladığı gizli sənəddə qeyd olunur ki, belə bir mexanizmin reallaşmasına Avropa da öz razılığını verəcək. Avropa ölkələri bu yolla İranın nüvə sazişindən çıxmasının qarşısını almağa çalışır.

Qeyd edək ki, daha əvvəl Rusiya ABŞ sanksiyalarını aşmağa imkan verən "SWIFT"-in alternativinə qoşulacağını bildirib.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Birləşmiş Ştatlar avqustun 7-dən etibarən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyaları bərpa edib. Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan edilib, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılıb.

Əlaqədar

İqtisadçı: “ABŞ-ın sanksiyaları dünya iqtisadiyyatına ciddi təsir göstərəcək”
ABŞ Türkiyəyə qarşı sanksiyaların əsl səbəbini açıqlayıb
ABŞ-ın Rusiya əleyhinə sanksiyaları Azərbaycana da toxunur
Türk nazirdən ABŞ-ın yeni sanksiya siqnalı verməsinə sərt reaksiya
Teqlər:
neft, İsrail, sanksiya, ABŞ, İran, Rusiya

Əsas mövzular