Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həbib Nurməhəmmədov gözlənilən görüşə gedir, yeni video-görüntü yayıldı

© AP Photo / John LocherБой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе
Бой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş "Rusiya – idman nəhəngidir" forumu çərçivəsində baş tutacaq

BAKI, 10 oktyabr — Sputnik. Qarışıq döyüşlər üzrə Rusiya idmançısı Həbib Nurməhəmmədov bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Sputnik Azərbaycan "Life"-a istinadən xəbər verir ki, görüş "Rusiya – idman nəhəngidir" forumu çərçivəsində baş tutacaq.

Ulyanovska uçuşdan öncə müxbirin "Putinlə görüş planlaşdırılırmı?" sualına cavab olaraq Nurməhəmmədov bildirib: "Bunun üçün uçuruq".

"Rusiya – idman nəhəngidir" VII beynəlxalq forumu 10-12 oktyabr tarixlərində Ulyanovskda keçiriləcək.

Xatırladaq ki, şənbə günü — oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub.

Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb.

Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.

UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb. Hərəkətinə görə, hətta rusiyalı döyüşçünün titulunun əlindən alınacağı da istisna deyil. UFC, eyni zamanda Nurməhəmmədovun qonorarının ödənilməsini dondurmaq qərarına gəlib. Ona çempionluq kəməri bir neçə saat sonra verilib.

Həbib Nurməhəmmədovun sözlərinə görə isə onu dalaşmağa vadar edən Makqreqorun onun dinini, ölkəsini və ailəsini təhqir etməsi olub. Daha sonra çempion Nevada ştatının Atletika Komissiyasından davaya görə üzr istəyib.

Xəbər lenti
0