Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Skripal haqqında gözlənilməz ifadələr işlətdi

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Putin: "Bildiyiniz kimi, casusluq və fahişəlik dünyada ən önəmli peşələrdən biridir"

BAKI, 4 oktyabr — Sputnik. Vladimir Putin sabiq Baş Kəşfiyyat İdarəsinin (BKİ) zabiti Sergey Skripalı "əclaf" və vətən xaini adlandırıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Rusiya Enerji həftəsi"ndə iclas zamanı Rusiya prezidenti Vladimir Putin bildirib

"Skripallar və digərlərinə gəldikdə növbəti casus qalmaqalı süni olaraq qaldırılır. Skripal sadəcə casus –vətən xaindir. Anlayırsınız – Vətən xaini kimi bir anlayış var", — deyə Putin qeyd edib.

Onun sözlərinə görə, BKİ zabiti ətrafında informasiya kampaniyası nə qədər tez bitsə bir o qədər yaxşıdır: "Təsəvvür edin: Siz öz ölkənizin vətəndaşısınız və birdən sizdə öz ölkəsinə xəyanət edən şəxs peyda olur. Siz ona necə münasibət bəsləyərsiniz? O, adi əclafdır, vəssalam".

Putin əlavə edib ki, xüsusi xidmət orqanları arasında münaqişə dünən başlamayıb: "Bildiyiniz kimi, casusluq və fahişəlik dünyada ən önəmli peşələrdən biridir".

Xəbər lenti
0