09:13 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Vladimir Putin

Putin Təhlükəsizlik Şurasını topladı

© Sputnik / Mikhail Klimentyev
RUSİYA
Qısa URL
43501

Təhlükəsizlik Şurasının üzvləri İdlib ətrafında xeyli sayda terrorçuların toplaşması ilə bağlı narahatlıqlarını ifadə edib

BAKI, 14 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, iclas zamanı prezidentin son görüşləri, Suriyanın İdlib şəhəri ətrafındakı vəziyyət müzakirə olunub.

Təhlükəsizlik Şurasının üzvləri İdlib ətrafında xeyli sayda terrorçuların toplaşması ilə bağlı narahatlıqlarını ifadə edib.

Bundan əlavə, iclasda Rusiyanın daxili sosial-iqtisadi vəziyyətinə aid məsələlər müzakirə olunub.

Təhlükəsizlik Şurasıının iclasında V.Putinlə yanaşı Baş nazir Dmitri Medvedev, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Prezident Administrasiyanın rəhbəri Anton Vayno, Rusiya Təhlükəsizlik Xidmətinin katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, Daxili işlər naziri Vladimir Kolokoltsev, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Prezidentin təbiətin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.

Əsas mövzular