02:23 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
188 0 0

Vladimir Jirinovski: "Vaxt itirmədən İran və Türkiyədə Rusiyaya məxsus hərbi hava və hərbi dəniz bazaları yaradılmalıdır"

BAKI, 3 sentyabr — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsində bir rus hərbi bazası yaratmağa hazır olduğu iddiasını irəli sürüb.

Sputnik Azərbaycan "Haberdurus"a istinadla xəbər verir ki, Jirinovski iştirak etdiyi bir televiziya verilişində deyib ki, vaxt itirmədən İran və Türkiyədə Rusiyaya məxsus hərbi hava və hərbi dəniz bazaları yaradılmalıdır.

Daha sonra Jirinovski Türkiyədəki İncirlik hərbi bazasından danışıb. O iddia edib ki, İncirlik hərbi hava bazası NATO-nun istifadəsi üçün bağlanıb, Rusiyanın istifadəsinə verilə bilər.

Qeyd edək ki, Jirinovski iyul ayında Ərdoğanın şəxsi dəvəti ilə andiçmə mərasimində iştirak etmək üçün Ankaraya səfər etmişdi.

Əlaqədar

Türkiyədəki "İncirlik" hərbi bazasının aqibətinə aydınlıq gətirildi
Türkiyənin NATO-dakı və NATO-nun İncirlikdəki taleyinə aydınlıq gətirildi
İncirlikdəki amerikalı hərbçilərlə bağlı qorxunc iddia yayılıb
Atılmış “Kiçik Amerika”, yaxud İncirlik ətrafındakı “kabus şəhəri”
"Türkiyə İncirlik bazasını təcili bağlamalıdır"
Teqlər:
Vladimir Jirinovski, NATO, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, İncirlik Hərbi Hava Bazası, prezident

Əsas mövzular