Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur müğənni dünyasını dəyişdi

Abunə olmaq
O, 2005-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi

BAKI, 30 avqust — Sputnik. Rusiyanın məşhur estrada müğənnisi İosif Kobzon dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Müğənni 80 yaşında həyata əlvida deyib.

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidİosif Kobzon
İosif Kobzon - Sputnik Azərbaycan
İosif Kobzon

İyulun 27-də onun süni tənəffüs aparatına qoşulduğu barədə məlumat verilmişdi. Moskva xəstəxanalarından birinin neyrocərrahiyyə şöbəsinin reanimasiyasında müalicə aldığı bildirilirdi. Vəziyyəti stabil ağır olaraq dəyərləndirilirdi.

Kobzon 2005-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, rusiyalı siyasətçi, estrada müğənnisi İosif Kobzon 1937-ci il sentyabrın11-də yəhudi ailəsində dünyaya gəlib. 1995-2018-ci illərdə Rusiya Dumasının II-VII çağırış deputatı olub. 1964-cü ildə Çeçen-inquş Respublikasının Əməkdar artisti, 1974-cü ildə Dağıstanın, 1987-ci ildə SSRİ-nin, 1991-ci ildə Ukraynanın xalq artisti adına layiq görülüb.

Rusiya Humanitar Akademiyasının akademiki (1996), Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Rusiya tarixi inkişafına görkəmli xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" (2003) fəxri adlarına layiq görülüb. 

"Gənclik nəğməsi", " Əzizim, sənə təşəkkür edirəm", "Səhv etmə" və s. məşhur mahnıların ifaçısı olub.

Xəbər lenti
0