Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya təhlükə hiss edib, təhlükəsizlik tədbirləri gücləndirilir

© Sputnik / Ratushenko / Mediabanka keçidВид на центр города Душанбе
Вид на центр города Душанбе - Sputnik Azərbaycan
Abunə olmaq
Diplomatlara Tacikistan ərazisində hərəkət etmək məhdudiyyəti qoyulub

BAKI, 31 iyul — Sputnik. Rusiyanın Tacikistandakı səfirliyində, bu ölkədə turistlərə edilən hücumdan sonra diplomatik nümayəndəliyin əməkdaşları üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə səfirliyin müşaviri Şamil Şamsutdinov məlumat verib.

Портфель чиновника. Архивное фото - Sputnik Azərbaycan
RUSİYA
Mərkəzi Avropa ölkəsi rus diplomatları qovmaqdan imtina etdi

O vurğulayıb ki, diplomatlara Tacikistan ərazisində hərəkət etmək məhdudiyyəti də qoyulub. Tacikistan tərəfi də öz növbəsində Rusiya səfirliyinin əməkdaşlarının təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, ötən gün Tacikistanın Xatlon vilayətinin Danqara rayonunda sürücünün avtomobili kütlənin üzərinə sürməsi nəticəsində velosipedlə ölkə üzrə səyahət edən dörd əcnəbi turist — iki ABŞ, bir Hollandiya və bir İsveçrə vətəndaşı ölüb, daha 3 əcnəbi yaralanıb.

Vətəndaşları Austin Cey və Anne Muntosun həlak olmasına baxmayaraq, ABŞ səfirliyi öz vətəndaşları üçün Tacikistanda təhlükənin olmadığını bildirib. Səfirlik, eyni zamanda ABŞ vətəndaşlarını diqqətli olmağa və istənilən köməklə bağlı səfirliyə müraciət etməyə çağırıb.

Xəbər lenti
0