Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin portreti Amerikanı qarışdırdı

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidПрямая линия с президентом России Владимиром Путиным
Прямая линия с президентом России Владимиром Путиным - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ABŞ mediasında "qanqaraldan etiraz" kimi dəyərləndirilib

BAKI, 30 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putinin portreti ABŞ-ı qarışdırıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Kolorado ştatında baş verib.

Belə ki, naməlum şəxs ştatın hökümət binasında ölkənin keçmiş prezidentlərinin portretləri olan lövhənin qarşısına Rusiya prezidenti Vladimir Putinin portretini qoyub. Məlumata görə, portret Corc Buş və Barak Obamanın portretlərinin yanında Donald Tramp üçün ayrılan yerə qoyulub.

Hadisə barədə xəbər senator Stiv Fenberq tərəfindən "Twitter"də paylaşılıb.

© Photo : SOZCURusiya prezidenti Vladimir Putinin portreti
Rusiya prezidenti Vladimir Putinin portreti  - Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putinin portreti

Bildirilir ki, bu addım lövhədə Donald Trampın portreti üçün ayrılmış yerə görə ödənilməli olan 10 min dolların ödənilməməsinə etiraz olaraq atılıb. Yəni Trampın portretinin yeri boş buraxılıb və onun əvəzinə Putinin portreti asılıb.

Hadisə ABŞ mediasında "qanqaraldan etiraz" kimi dəyərləndirilib. Sonradan Putinin portreti həmin yerdən yığışdırılıb.

Xəbər lenti
0