13:45 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Valentins Rojentsov

Sputnik-in baş redaktoru saxlanıldı

© Sputnik
RUSİYA
Qısa URL
210 0 0

Mariya Zaxarova: "Latviya gündən-günə Rusiyanın kütləvi informasiya vasitələrinə qarşı mübarizəni gücləndirir"

BAKI, 5 iyul — Sputnik. Riqa polisi Sputnik Latviya-nın şef-redaktoru Valentins Rojentsovu "söhbət məqsədilə" 12 saatlıq müddətə saxlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə ötən axşam Rojentsov Moskvadan evə qayıdarkən baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov və Sputnik Azərbaycan-ın redaktoru Tural Məmmədov
© Sputnik / Irade JELIL

"Məni özlərinin dediyinə görə, söhbət eləmək üçün saxlayıblar. Protokol tərtib edilməyib. Təhlükəsizlik polisi mənim Sputnik Latviya-nın şef-redaktoru postundakı işim və agentliyin Latviyadakı resusrları ilə maraqlandı. Mən bütün gecəni təhlükəsizlik polisinin əməkdaşlarının kabinetində idim. Məni bu gün səhər, 12 saatdan sonra buraxdılar. Bu, Latviyada formal saxlanma sayılmır" — deyə Rojentsov bildirib.

Rojentsov Latviya vətəndaşıdır və Riqada işə gedərkən saxlanılıb.

Bir qədər əvvəl isə Latviyanın elektron KİV üzrə Milli Şurası dövlət KİV-lərinin Sputnik-in materiallarından istifadəsinin əleyhinə çıxıb. İddia edib ki, "Latviyanın vergi ödəyicilərinin pulunun Sputnik-in möhkəmlənməsinə və onun brendinin populyarlaşmasına xərclənməsi Latviya cəmiyyətinin maraqlarına xidmət etmir".

KİV üzrə Milli Şura onun nəzarətində olan KİV-lərin müxtəlif qanun pozuntularına görə lisenziyasını ləğv etmək hüququna malik nəzarət orqandır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Latviya gündən-günə Rusiyanın kütləvi informasiya vasitələrinə qarşı mübarizəni gücləndirir: "Bundan isə ölkənin rusdilli auditoriyası əziyyət çəkir".

Baltikyanı respublikalarının hökumətləri çoxdan götürdükləri, məhz Rusiya kütləvi informasiya vasitələrinin hüquqlarını pozmaq kursunu davam etdirir. Baltikyanı ölkələrin hakimiyyətləri dəfələrlə ölkədəki Rusiya KİV-lərinin fəaliyyətini dayandırıb. 2014-cü ilin aprelində Litva XİN heç bir izahat vermədən RİA Novosti-nin xüsusi müxbiri İrina Pavlovanı akkreditasiya etməkdən imtina edib.

2015-ci ilin oktyabrında isə Estoniyanın "Koydula" buraxılış məntəqəsində Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (ÜDTRŞ) müxbiri Nikolay Vasilyevin çəkiliş qrupu saxlanılıb. 2016-cı ildə Latviya ÜDTRŞ-nın müxbiri Pavel Zarubinin çəkiliş qrupunu ölkədən çıxarıb.

Rusiyanın xarici siyasət idarəsi Baltikyanı respublikalarının hökumətlərinin Rusiya KİV-lərinə qarşı addımlarını koordinasiya etdiyini bəyan edib. XİN bildirib ki, Baltikyanı respublikalar bu addımları ilə demokratiya və söz azadlığını boğur.

Əlaqədar

Azərbaycan Respublikasının hərbi orkestri Sputnik Azərbaycan üçün ifa etdi
Günəşli uşaqlar üçün Sputnik Azərbaycandan #GünəşliYay
Sputnik Azərbaycan-dan “günəş uşaqlar” üçün #GünəşliYay
Sputnik Azərbaycan təltif olundu
Sosial şəbəkədə nüfuz qazanan yol polisi Sputnik Azərbaycan-a danışdı
Teqlər:
Baltikyanı respublikaları, KİV üzrə Milli Şura, Riqa, Sputnik Latviya, Rusiya, polis, hökumət

Əsas mövzular