Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: "Biz dünyaya həm ölkəmizin qapılarını, həm də öz ürəyimizi açmışıq"

© REUTERS / Leonhard FoegerПрезидент РФ Владимир Путин в ходе пресс-конференции в Вене, Австрия, 5 июня 2018 года
Президент РФ Владимир Путин в ходе пресс-конференции в Вене, Австрия, 5 июня 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Kreml başçısı: "İdmançılar, mütəxəssislər və azarkeşlərin Rusiyada özlərini evlərindəki kimi hiss etmələri üçün əlimizdən gələni etmişik"

BAKI, 11 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin futbol azarkeşlərini və dünyanın ən yaxşı futbol millilərini salamlayıb. "Artıq Rusiyaya gələnləri və beynəlxalq hadisənin – futbol üzrə Dünya Çempionatının iştirakçısı olmağa hazırlaşan hər kəsi salamlayıram" — dövlət başçısı bildirib.

İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan
İlham Əliyevin qərarı bəlli oldu: Bir gediş, iki mühüm hadisə

"Bizim ölkəmiz üçün böyük futbol ailəsinin nümayəndələrini qəbul etmək, sizə əyləncə və kəskin emosiyalarla dolu böyük bayram hədiyyə etmək böyük sevinc və şərəfdir" — deyə prezident vurğulayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Putin yalnız sevimli komandaların və oyunçuların ustalığına deyil, həmçinin Rusiya ilə tanışlığın, onun özünəməxsus mədəniyyətinin, unikal tarixinin və zəngin təbiətinin futbol azarkeşlərinə silinməz təəssüratlar bəxş edəcəyinə ümid etdiyini bildirib. O, əlavə edib ki, rəhbərlik idmançılar, mütəxəssislər və təbii ki, azarkeşlərin Rusiyada özlərini evlərindəki kimi hiss etmələri üçün əlindən gələni edib.

 

"Biz dünyaya həm öz ölkəmizin qapılarını, həm də öz ürəyimizi açmışıq. FİFA Dünya Çempionatına xoş gəlmisiniz! Welcome to Russia", — deyə Putin qeyd edib.

Qeyd edək ki, Rusiyada futbol üzrə Dünya Çempionatı 14 iyun tarixində başlayır. Beynəlxalq turnir 15 iyula qədər davam edəcək.

Xəbər lenti
0