21:27 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Мужчина с пистолетом в руке, фото из архива

Məşhur jurnalist qətlə yetirildi

CC0 / zgmorris13 / pistol
RUSİYA
Qısa URL
776 0 0

Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenko qətlə yetirilib.

BAKI, 30 may — Sputnik. Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenko qətlə yetirilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyi kollegiyasının üzvü, Ali Radanın deputatı Anton Geraşenko bildirib.

"Qatil onu binanın girişində pilləkənin altında gözləyib. Arkadi mənzilin qapısını açarkən qatil onu kürəyindən bir neçə güllə ilə vurub" — deyə Geraşenko öz Facebook səhifəsində yazıb.

Qətllə bağlı polisə Babçenkonun həyat yoldaşı məlumat verib.

Hadisə Kiyevin Dnepr rayonunda baş verib. Babçenko güllələnərkən yoldaşı vanna otağında olub. O, atəş səslərinə çölə çıxıb və ərini qan içində görüb. "Təcili yardım" çağırıb. Jurnalist təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi açılıb.

Arkadi Babçenko "Moskovskiy komsomolets" və "Novаya qazeta" qəzetlərinin hərbi müxbiri olub. Rusiyanın Birinci kanalı və TV Tsentr-lə əməkdaşlıq edib. Gürcü-Cənubi Osetiya münaqişəsini işıqlandırıb.

O, 2016-cı ilin dekabrında Tu-154 təyyarəsinin qəzaya uğramasına şübhə ilə yanaşması səbəbindən Rusiyanı tərk edib. O, Kiyevdə ATR telekanalında "Prime: Babçenko" verlişini aparırdı.

Əlaqədar

Rusiyalı jurnalist öldürülüb
Azərbaycanda jurnalist saxlanılıb
Döyüş bölgəsində jurnalist yaralandı
Teqlər:
"Tu-154", Rusiya, jurnalist, Arkadi Babçenko, Kiyev, Ukrayna

Əsas mövzular