15:47 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Президент РФ Владимир Путин выступает на пленарном заседании Петербургского международного экономического форума - 2018

Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu keçirilib

© Sputnik / Vladimir Astapkovich
RUSİYA
Qısa URL
14600

Rusiyanın Sankt-Peterburq şəhərində "Peterburq Beynəlxalq İqtisadi Forumu" keçirilib.

BAKI, 26 may — Sputnik. 23-26 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində "Peterburq Beynəlxalq İqtisadi Forumu" keçirilib.

Sputnik Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, Peterburq Beynəlxalq İqtisadi Forumu hakimiyyət orqanları ilə biznes nümayəndələri arasında diologun inkişafına şərait yaradır, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün innovasiyalı yanaşmalar tapmağa kömək edir. 

Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu keçirilib
© Foto : AR İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Forum 1997-ci ildən təşkil edilir, 2006-ci ildən isə Rusiya Federasiyası Prezidentinin himayəsi altında keçirilir. Forumda dövlət və hökumət başçıları, siyasi liderlər, iri şirkətlərin rəhbərləri, habelə tanınmış ekspertlər və KİV nümayəndələri iştirak edir.

Tədbir çərçivəsində IV Rusiya Kiçik və Orta Sahibkarlıq Forumu keçirilib, "Rusiya: inkişaf potensialını istifadə edərək", "Rəqəmsal iqtisadiyyatda insan kapitalı", "Liderlik üçün texnologiya" panel iclasları, Rusiya-Finlandiya, Hindistan, ABŞ, Fransa, Yaponiya, Afrika biznes dialoqları təşkil edilib.

Forumda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və digər ölkələrin yüksək rəsmiləri çıxış ediblər. 

Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Forum çərçivəsində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri, Sankt-Peterburqun sahibkarlığın və istehlak bazarının inkişafı üzrə komitəsinin sədri Elgiz Kaçayevlə görüşüb və Sankt-Peterburqla iqtisadi əlaqələrin genişləndirilıməsi ilə bağlı müzakirələr aparılıb.

Əlaqədar

Nazir müavini: Bu forum Azərbaycanın iqtisadi inkişafına töhfədir
Sankt-Peterburqda XXII Beynəlxalq İqtisadi Forumu başlayıb
“Forum ölkələr arasında strateji tərəfdaşlığın inkişafı baxımdan əhəmiyyətlidir”
Rusiyada Beynəlxalq İqtisadi forum işə başladı
Teqlər:
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi", Peterburq Beynəlxalq İqtisadi Forumu, Vladimir Putin, Sankt-Peterburq, Rusiya

Əsas mövzular